“Reuters” agentliyinin adı açıqlanmayan İran rəsmisinə istinadən yaydığı məlumata görə, atəşkəslə bağlı çərçivə razılaşması əldə olunacağı təqdirdə, Tehran cümə axşamı və ya cümə günü Hörmüz boğazını yenidən aça bilər.
Sfera.az xəbər verir ki, mənbənin sözlərinə görə, İran bu addımı Pakistanda ABŞ nümayəndələri ilə keçirilməsi planlaşdırılan görüşdən əvvəl ata bilər.
Bildirilib ki, gəmi daşımalarının bərpası məhdud şəkildə həyata keçiriləcək. Belə ki, boğazdan keçəcək bütün gəmilərin heyəti İran ordusu ilə əvvəlcədən əlaqələndirilməlidir.
Niyaz Hacıyev
Sfera.az