Dünya şöhrətli aktyor Ceki Smit 2010-cu ildə çəkildiyi “Karate Kid” filmində birlikdə rol aldığı aktyor Ceki Canın doğum gününü emosional sözlərlə təbrik edib.
Sfera.az xəbər verir ki, Smit sosial mediada paylaşdığı mesajda Ceki Cana olan dərin hörmətini və minnətdarlığını ifadə edib: “Səni sevirəm. Sən mənim həyatımı dəyişdirdin və mənə heç vaxt unutmayacağım şeylər öyrətdin. Sənsiz bu gün heç vaxt olduğum kim ola bilməzdim. Sən bir əfsanə və bir lidersən. Ad günün mübarək. Tezliklə görüşənədək”.
Ustad-şagird rolu ilə tanınan ikili filmdəki yaxın əlaqələrini real həyatda da davam etdirirlər. Smitin paylaşımı bir daha göstərdi ki, onların dostluğu illər keçsə də möhkəm olaraq qalır.
Qeyd edək ki, Ceki Can dünya üzrə tanınan döyüş aktyoru və Honkonqlu döyüş sənəti ustasıdır. “Kunq-fu” filmləri və dublyor istifadə etmədən təhlükəli səhnələrdəki iştirakı ilə şöhrət qazanmış Can “Karate Kid”, “Rix Hour” və “Polis Hekayəsi” kimi filmlərlə kino tarixində özünəməxsus yer tutur. Döyüş və komediyanı birləşdirən üslubu onu kino tarixinin ən ikonik simalarından birinə çevirib.
Mənsumə
Sfera.az