ABŞ Prezidenti Donald Tramp İrana silah tədarük edən ölkələrə qarşı sərt iqtisadi addım atacağı ilə hədələyib.




Sfera.az xəbər verir ki, Tramp sosial media platforması “Truth Social”da paylaşdığı açıqlamada bildirib ki, 8 apreldən etibarən İrana silah satan istənilən ölkəyə qarşı ABŞ tərəfindən 50 faizlik əlavə gömrük rüsumu tətbiq olunacaq.




Onun sözlərinə görə, bu qərar həmin ölkələrin ABŞ-yə ixrac etdiyi bütün mallara şamil ediləcək.




“Heç bir istisna və ya güzəşt olmayacaq”, - deyə Tramp vurğulayıb.




Fidan Hacızadə

Sfera.az