Xəzərdə zəlzələ olub.


 


Bu barədə Sfera.az-a AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.


 


Zəlzələ yerli vaxtla 18:11-də qeydə alınıb.


 


3,5 maqnitudalı yeraltı təkan 51 km dərinlikdə olub.


 


Qeyd edək ki, bu gün yerli vaxtla 13:05, 13:10, 13:21-də Xəzərdə zəlzələ olub. İlk zəlzələ Lənkəran, Yardımlı, Lerik, Astara, Cəlilabad, Neftçala 4-3 bal hiss olunub.