76 yaşlı Alla Puqaçova Limasolda gəzinti zamanı videoya çəkilib. Müğənni, ehtimal ki, səhhətinin pisləşməsi səbəbindən olduqca yavaş yeriyir. Divanın ailəsi isə hazırda ABŞ-da tətildədir.
Sfera.az bildirir ki, bloqqer Elina Kuznetsova Alla Puqaçovanın şəhərdə təkbaşına - əri Maksim Qalkin və əkiz övladları olmadan yavaş-yavaş gəzdiyini göstərən bir video çəkib. Yorğunluğuna baxmayaraq, Pop Diva ona tərəf qaçan bloqqerin qızı ilə selfi çəkdirib. Görüntülər “İnstaqram”da yerləşdirilib.
İstifadəçilər hər zamankı kimi təkəbbürdən uzaq, mehriban və gülərüz Divaya: "O, necə də gözəldir! Möhtəşəm görünür", "Afərin! Hər ikisi də gözəldir!", "Möhtəşəm" və "Əfsanə" kimi çoxlu müsbət şərhlər yazaraq, təriflər yağdırıblar.
Qeyd edək ki, Alla Puqaçova əvvəllər küçədə əsa ilə gəzərkən görüntülənmişdi. Ailəsinin təsdiqlədiyi kimi, onun səhhəti son zamanlar xeyli pisləşib.
Puqaçovanın ailəsi hazırda xaricdədir. 49 yaşlı Qalkin tətil üçün övladları ilə birlikdə ABŞ-a uçub.
Keçmiş aparıcı və komediyaçı şəxsi bloqunda Nyu-Yorkdan şəkillər paylaşıb: qızı Liza tək, Harri isə küçədə atası ilə poza verib.
Bundan əlavə, Maksim Qalkin nadir hallarda özünün və ailəsinin şəkillərini paylaşır. Bu yaxınlarda həyat yoldaşının yeni şəkillərini sosial mediada paylaşması qızğın müzakirələrə səbəb olub. Çoxları Divanın yenidən plastik əməliyyat etdirdiyini iddia edib.
Aynil
Sfera.az