ABŞ-da fəaliyyət göstərən bir informasiya texnologiyaları şirkəti onlayn müsahibələr vasitəsilə işçilər işə götürəcəyini açıqlayıb. Müraciət edənlərdən biri Koreyalı iş namizədi olub. Lakin Koreyalı namizəd insan resurslarının tələbindən şoka düşüb.
Sfera.az bildirir ki, vakansiya üçün müraciət edən Koreyalı namizəddən Şimali Koreya lideri Kim Çen Ina təhqir etməsi istənilib.
İşəgötürən iş namizədinə test keçirəcəklərini bilririb.
"Bizə çoxlu sayda "saxtakar" namizədlər, xüsusən də başqasını təqlid edən Şimali Koreyalılar gəlir. Beləliklə, etdiyimiz testlərdən biri də onların "Kim Çen In kök, çirkin bir donuzdur" kimi bir şey demələridir." Bunu bizim üçün təkrarlaya bilərsinizmi”?
Şirkət siyasətini çoxlu sayda Şimali Koreyalının Cənubi Koreyalılar kimi davranması faktına əsaslandırıb.
İddia edilib ki, bəzi Şimali Koreyalı işçilər ABŞ şirkətlərinə daxil olaraq məlumatları oğurlayıb və ya təhlükəsizlik zəiflikləri yaradıblar. Lakin namizəd onlara təşəkkür edərək iş görüşməsini tərk edib.
Aynil
Sfera.az