Fransanın “Paris Sen-Jermen” klubu UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsinin ilk oyununda doğma meydanda İngiltərənin “Liverpul” komandasını 2:0 hesabı ilə məğlub edib.
Sfera.az xəbər verir ki, görüşdə qələbə qollarını Dezire Due (11-ci dəqiqə) və Xviça Kvaratsxeliya (65-ci dəqiqə) vurublar. Tərəflər arasında cavab oyunu aprelin 14-də Liverpulda keçiriləcək.
Qeyd edək ki, PSJ turnirin hazırkı çempionudur. Komanda ötən il finalda İtaliyanın “İnter” klubunu 5:0 hesabı ilə məğlub edərək kuboku qazanıb. “Liverpul” isə tarixində altı dəfə Çempionlar Liqasının qalibi olub.
Niyaz Hacıyev
Sfera.az