UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsinin ilk oyununda Atletiko Madrid səfərdə "Barselona" üzərində 2:0 hesablı qələbə qazanıb. 




Sfera.az xəbər verir ki, Barselonadakı “Kamp Nou” stadionunda keçirilən qarşılaşmada qonaq komandanın qollarını Xulian Alvares (45-ci dəqiqə) və Aleksandr Sörlot (70-ci dəqiqə) vurublar.


 


Görüşün 44-cü dəqiqəsində “Barselona”nın müdafiəçisi Pau Kubarsi birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.


 


Tərəflər arasında cavab oyunu aprelin 14-də Madriddə keçiriləcək. Qeyd edək ki, komandalar cari mövsümdə beşinci, son bir həftə ərzində isə ikinci dəfə üz-üzə gəlib. “Barselona” daha əvvəl İspaniya Kral Kubokunun yarımfinalında “Atletiko Madrid”ə ümumi hesabla 0:4 və 0:3 hesabları ilə məğlub olub, lakin La Liqa çərçivəsində keçirilən iki oyunda qalib gəlməyi bacarıb (3:1, 2:1).




Xatırladaq ki, “Barselona” 1992, 2006, 2009, 2011 və 2015-ci illərdə turnirin qalibi olaraq beş dəfə UEFA Çempionlar Liqasının kubokunu qazanıb. “Atletiko Madrid” isə tarixində hələ bu turnirin qalibi ola bilməyib. Ötən mövsüm Çempionlar Liqasının qalibi Fransanın “Paris Sen-Jermen” komandası olub. 




Niyaz Hacıyev

Sfera.az