1992-ci ildə ABŞ-nin sabiq prezidenti Corc Herbert Volker Buşun Tokioda keçirilən rəsmi şam yeməyi zamanı qəfil halı pisləşmişdi və bu suşi ilə əlaqələndirilirdi.


 


Sfera.az xəbər verir ki, hadisə zamanı prezident özünü pis hiss edərək qusub və qısa müddətə huşunu itirərək Yaponiyanın baş naziri Kiiti Miyadzavanın qucağına yıxılmışdı.


 


Yayılmış məşhur miflərin əksinə olaraq, hadisənin səbəbi suşi olmayıb. Məlumata görə, prezident sadəcə mədə-bağırsaq xəstəliyindən əziyyət çəkirmiş. Qeyd edək ki, bu hadisə qeyri-adi və ictimaiyyət qarşısında baş verdiyi üçün qısa müddətdə dünya mediasının diqqət mərkəzinə çevrilmişdi.


 


Niyaz Hacıyev


Sfera.az