İstanbul Anadolu Baş Prokurorluğu tərəfindən aparılan istintaq Jandarma Narkotik Cinayətləri Şöbə Müdirliyi ilə koordinasiyalı şəkildə davam etdirilib.
Sfera.az türk mediasına istinadən xəbər verir ki, istintaq çərçivəsində şübhəlilər barəsində “şəxsi istifadə üçün narkotik və ya stimullaşdırıcı maddələrin alınması, qəbul edilməsi və ya saxlanması” və “narkotik və ya stimullaşdırıcı maddələrin istifadəsi və ya əldə edilməsi” maddələri üzrə cinayət işi başlanıb.
İş üzrə aktyor Burak Deniz, müğənni Mert Demir, Emre Öztürk (Fel), Ender Eroğlu (Norm Ender) və Enes Güler də daxil olmaqla ümumilikdə 14 nəfər haqqında həbs qərarı çıxarılıb.
Səhər saatlarında keçirilən eyni vaxtlı əməliyyatlar zamanı 11 şübhəli saxlanılıb.
Məlumata görə, iki şübhəlinin hələ də azadlıqda olduğu, bir nəfərin isə xaricdə olduğu müəyyən edilib.
Fidan Hacızadə
Sfera.az