Türkiyədə çəkilən seriallar arasında ən məşhurlarından olan “Kurtlar Vadisi” illər keçməsinə baxmayaraq hələ də müzakirə mövzusudur.
Sfera.az xəbər verir ki, son günlər aktyor Selçuk Yöntemin serialın gənclərə təsiri ilə bağlı şərhləri mediada geniş rezonans yaradıb.
Aktyor Selçuk Yöntem serialın ilk mövsümlərinin dövlət-mafiya münasibətlərinə fərqli baxış təqdim etdiyini bildirib. Lakin cinayətkarların cəzalandırılmamasının gənclər üzərində mənfi təsir yarada biləcəyini vurğulayıb.
Bu açıqlamalardan sonra illər əvvəl eyni serialı tərk etməsinin səbəbini açıqlayan aktyor Zafer Erginin sözləri yenidən gündəmə gəlib. Ergin verdiyi açıqlamada serialdan prinsiplərinə görə ayrıldığını bildirib:
“Arka Sokaklardan” əvvəl “Kurtlar Vadisi”ndən ayrıldım, çünki zərərli idi, pis vərdişlərə səbəb olurdu. Üstəlik, çox rəğbət bəsləyən şərtlər var idi”.
Ergin, həmçinin bəzi həmkarlarının yüksək qazancına baxmayaraq serialdan ayrıldığı üçün onu tənqid etdiyini qeyd edib:
“Bəzi aktyor dostları dedilər ki, niyə ayrıldın? Var-dövlət qazanırsan. Mənim prinsiplərim, dəyərlərim var. Televiziya güclü silahdır”.
Selçuk Yöntem və Zafer Erginin açıqlamaları sosial mediada yenidən müzakirə mövzusuna çevrilib. Eyni serialda çəkilən iki aktyorun tənqidləri izləyicilər tərəfindən diqqətlə izlənir.
Mənsumə
Sfera.az