İsrail ordusu Beyruta endirilən son zərbə nəticəsində "Hizbullah" lideri Naim Qasımın şəxsi katibini öldürüb.


 


Sfera.az xəbər verir ki, ordunun mətbuat xidmətinin yaydığı məlumata görə, zərbə nəticəsində öldürülən şəxs Əli Yusif Harşi olub.


 


Bildirilib ki, o, "Hizbullah" lideri Naim Qasımın qardaşı oğludur.


 


Açıqlamada Əli Yusif Harşi Naim Qasımın “yaxın adamı və şəxsi məsləhətçisi” kimi təqdim edilib. İsrail ordusunun iddiasına əsasən, o, Qasımın ofisinin idarə olunmasında və təhlükəsizliyinin təmin edilməsində əsas rol oynayıb.


 


Fidan Hacızadə

Sfera.az