Şüşə qablaşdırmada olan dərmanların daha təhlükəsiz olması ilə bağlı formalaşmış fikirlər tam doğru deyil. 




Sfera.az xəbər verir ki, bunu “Diamed” zavodunun direktoru Samirə Hüseynova jurnalistlər üçün təşkil olunan media-tur zamanı deyib.




Onun sözlərinə görə, bir çox insan ənənəvi olaraq şüşə qablaşdırmaya üstünlük versə də, əslində tibbi plastik materiallarda istehsal olunan dərman məhlulları daha təhlükəsiz hesab olunur. 




Bildirilib ki, şüşə materialın struktur xüsusiyyətlərinə görə zamanla müəyyən qatqılar onun daxili səthinə nüfuz edə bilər. Nəticədə bu qatqılar divarlardan qoparaq dərman məhluluna qarışa və bu da insan sağlamlığı üçün əlavə risk yarada bilər. Tibbi plastiklər isə daha stabil olduğundan bu kimi halların qarşısını almaq baxımından üstünlük təşkil edir.




Firuzə Əliyeva

Sfera.az