Türkiyə serial sahəsində artan büdcələr aktyorların qazanclarına da ciddi təsir göstərib. Belə ki, 2026-cı il mövsümü üçün səslənən iddialara görə, bəzi aktyorlar hər bölüm üçün milyonlarla TL, yəni yüz minlərlə Azərbaycan manatı qazanırlar.


 


Sfera.az xəbər verir ki, xarici bazarlarda satışların artması və rəqəmsal platformalara yatırımlar aktyorların maaşlarını əhəmiyyətli dərəcədə artırıb. Xüsusilə böyük pərəstişkar kütləsinə sahib aktyorlar yüksək reytinqli layihələrdən əhəmiyyətli dərəcədə gəlir əldə edir.


 


Bəzi mənbələrin məlumatına görə, 2026-cı ilin ən yüksək qonorar alan aktyorları siyahısında Kıvanç Tatlıtuğ və Kenan İmirzalıoğlu lider mövqedədir. İddialara görə, hər iki aktyor layihələrindən asılı olaraq hər bölüm üçün təxminən 4 milyon TL və daha çox qazanır ki, bu da təxminən 152 min manat deməkdir.


 


Siyahıda yüksək yerlərdə yer alan Çağatay Ulusoy isə hər bölüm üçün 3-3,5 milyon TL, yəni 114-133 min manat qazanır. Gənc aktyorlar arasında Afra Saraçoğlu və Mert Ramazan Demir də yüksək qonorarları ilə seçilir.


 


Qadın aktyorlar arasında isə Demet Özdemir və Hande Erçel hər bölüm üçün milyonlarla TL, yəni 76 min və 67 min manat qazanırlar. Son illərdə türk seriallarının xarici satışlarının artması və rəqəmsal platformalara yatırımlar aktyorların maaşlarında əhəmiyyətli artım yaradıb. Yüksək reytinqli layihələrdə iştirak edən və böyük pərəstişkar kütləsinə sahib aktyorlar hər bölüm üçün milyonlarla manat qazanaraq sənayenin ən yüksək gəlirli simalarına çevriliblər.


 


Mənsumə


Sfera.az