Ermənistan hökuməti cümə axşamı keçirilən Nazirlər Kabinetinin iclasında 2026-cı ildə İrandan Ermənistana idxal edilən müəyyən növ İran mənşəli mallara tarif kvotası tətbiq edib.
Sfera.az erməni mediasına istinadən xəbər verir ki, müvafiq qərarda bu malların idxalına sıfır faiz gömrük rüsumunun tətbiq ediləcəyi bildirilir. Bu qərarın əsası Avrasiya İqtisadi Birliyinin (AİB) icra orqanı olan Avrasiya İqtisadi Komissiyasının İdarə Heyətinin qərarı kimi qəbul edilib.
Firuzə Əliyeva
Sfera.az