“Avroviziya” təmsilçimiz Aysel Teymurzadənin oğlu sosial şəbəkədə ilk dəfə görüntülənib. 




Sfera.az xəbər verir ki, şəkli müğənni Safurə Əliyeva paylaşıb.


 


Safurə paylaşımına “Biz dost idik, indi oğullarımız dostdur” sözlərini yazaraq, Aysellə görüşlərini qeyd edib.




Qeyd edək ki, Aysel Teymurzadə Xalq artisti Murad Adıgözəlov ilə ailəli olub və bu nikahdan üç övladı var. Ötən il cütlüyün ayrıldığı xəbəri yayılmışdı.

Sosial şəbəkə istifadəçiləri Ayselin oğlunun görüntüsünü maraqla qarşılayıb və paylaşımı geniş müzakirə ediblər.


 


Mənsumə 

Sfera.az