Son zamanlar Xəzər dənizində qeydə alınan ardıcıl zəlzələlər ictimaiyyət arasında narahatlığı artırıb. Bu prosesin səbəbləri və mümkün nəticələri ilə bağlı müxtəlif ehtimallar irəli sürülür.


 


Maraqlıdır, Xəzər dənizində baş verən bu zəlzələlər nəyə işarədir? Güclü zəlzələnin baş vermə ehtimalı varmı?


 


Mövzu ilə bağlı Respublika Seysmoloji Xidmət Mərkəzinin Elektron xidmətlər, informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüsalə Rafiqqızı Sfera.az-a açıqlama verib.


 


Onun sözlərinə görə, Xəzər dənizi seysmik baxımdan aktiv bölgələrdən biridir və seysmik bölgələrdə vaxtaşırı zəlzələlər baş verir. Seysmoloq bildirib ki, hazırda zəlzələnin dəqiq proqnozu yoxdur.


 


Xatırladaq ki, Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin son məlumatına görə ən son maqnitudası 3,3 olan zəlzələ yerli vaxtla saat 02:17-də qeydə alınıb.


 


Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, zəlzələ ocağının dərinliyi 12 kilometr olub.


 


Qeyd edək ki, aprelin 8-də Xəzər dənizində bir neçə dəfə zəlzələ qeydə alınıb.


 


Niyaz Hacıyev


Sfera.az