Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya ilə münasibətlərə dair növbəti planlarını açıqlayıb.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, o, apreldə Rusiya Prezidenti Vladimir Putin ilə keçirilən görüşü yüksək qiymətləndirərək, iyunun ikinci yarısında yeni yüksək səviyyəli təmasların planlaşdırıldığını bildirib.
Jurnalistlərə açıqlamasında Paşinyan görüşün uğurlu keçdiyini və qarşıdakı əməkdaşlıq istiqamətləri üzrə razılıq əldə olunduğunu vurğulayıb. Baş nazir qeyd edib ki, Ermənistan-Rusiya münasibətləri hazırda “konstruktiv transformasiya mərhələsindədir” və rəsmi İrəvan bu prosesi müsbət dəyərləndirir.
Paşinyan əlavə edib ki, Ermənistan bundan sonra da Rusiya ilə dostcasına dialoq çərçivəsində fəaliyyətini davam etdirəcək. O, ölkəsinin həm Avropa İttifaqına inteqrasiya imkanlarını, həm də Avrasiya İqtisadi Birliyində üzvlüyünü paralel şəkildə nəzərdən keçirdiyini bildirib.
Fidan Hacızadə
Sfera.az