Moldova Prezidenti Maya Sandu ölkəsinin MDB-dən çıxdığını elan edən fərman imzalayıb.
Sfera.az xəbər verir ki, fərmana əsasən, təşkilatın təsis müqaviləsi, protokolu və təşkilatın nizamnaməsi MDB-nin əsas müqavilələri çərçivəsində ləğv edilib. Qeyd edək ki, keçən ay Moldova hökuməti MDB-nin əsas müqavilələrini ləğv edib, bu ayın əvvəlində parlament qərarı təsdiqləyib.
Avropa İttifaqına üzvlük üçün müraciət edərkən Moldova əvvəllər MDB-dən çıxma prosesinə başlayıb və MDB daxilində imzalanmış təxminən 70 müqaviləni ləğv etmişdi. Xatırladaq ki, 1991-ci ildə keçmiş Sovet İttifaqından ayrılan Moldova 1994-cü ildə MDB-yə qoşulub.
Firuzə Əliyeva
Sfera.az