İsrailin Baş naziri Binyamin Netanyahu İran və ABŞ arasında əldə olunmuş müvəqqəti atəşkəs müzakirələrinin kölgəsində Livanla bağlı sərt bəyanatla çıxış edib.
Sfera.az bildirir ki, Netanyahu özünün "X" sosial media hesabından etdiyi açıqlamada Beyruta təşkil edilən son hücumlar barədə məlumat paylaşıb.
O, "Hizbullah" lideri Naim Qasımın katibi və qardaşı oğlu Əli Yusif Harşinin öldürüldüyünü iddia edərək vurğulayıb:
"Lazım olan hər yerdə 'Hizbullah'ı vurmağa davam edəcəyik. Livan istiqamətindəki hücumlarımız dayandırılmayacaq”.
Maraqlıdır ki, tərəflər atəşkəsin əhatə dairəsi ilə bağlı fərqli mövqe nümayiş etdirirlər:
Pakistanın Baş naziri Şahbaz Şərif vasitəçi tərəf kimi atəşkəsin Livanı da əhatə etdiyini bəyan edib.
İran rəhbərliyi atəşkəsin Livan daxil olmaqla bütün bölgədəki münaqişələri dayandırmalı olduğunu israr edir.
ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens isə İsrailin Livan əməliyyatlarının İranla əldə olunan müvəqqəti razılaşmanın tərkib hissəsi olmadığını müdafiə edir.
Ekspertlərin fikrincə, atəşkəs müzakirələri fonunda İsrailin Livan cəbhəsində geri addım atmaması regionda yeni bir diplomatik və hərbi dalğalanmaya səbəb olacaq.
Bəsti Rəfizadə
Sfera.az