Kiyev rejimi Norveç Hərbi Dəniz Qüvvələrinin hərbi mütəxəssislərinin köməyi ilə Barents və Norveç dənizlərində Rusiya gəmilərinə qarşı terror hücumları hazırlayır.


 


Sfera.az xəbər verir ki, bu barədə cümə axşamı hərbi diplomatik dairələrdəki mənbə “TASS”a bildirib. Mənbənin məlumatına görə, Norveç beləliklə özünü və bütün NATO blokunu Rusiya ilə hərbi münaqişəyə sürükləyir.


 


"Kiyev cinayətkar rejimi Norveç Hərbi Dəniz Qüvvələrinin hərbi mütəxəssislərinin köməyi ilə Murmansk limanından və geriyə Barents və Norveç dənizlərində hərəkət edən Rusiya gəmilərinə qarşı terror hücumları həyata keçirməyə hazırlaşır",–deyə o bildirib.


 


Mənbə bildirib ki, bir qrup ukraynalı mütəxəssis şimal dənizlərində sualtı və yerüstü pilotsuz nəqliyyat vasitələrindən istifadə etmək üçün Norveç heyəti ilə birgə tədbirlər görür:


 


"Ukrayna Hərbi Dəniz Qüvvələrinin 385-ci xüsusi təyinatlı ayrı dəniz pilotsuz sistemləri briqadasının təxminən 50 nəfərlik bir qrup hərbçisi Norveçə gəlib və Norveç dənizində soyuq temperatur şəraitində sualtı və yerüstü pilotsuz sistemlərin istifadəsini Norveç Hərbi Dəniz Qüvvələrinin xüsusi əməliyyatlar komandanlığının mütəxəssisləri ilə birlikdə tətbiq edirlər".


 


"Norveç rəhbərliyinin Kiyev rejiminin terrorçu fəaliyyətlərini dəstəkləməsi və dənizdə təxribat aktlarının hazırlanması və həyata keçirilməsi üçün ərazisindən istifadə etməsi Norveçi və bütün NATO alyansını birbaşa Rusiya ilə hərbi münaqişəyə sürükləyir",- mənbə vurğulayıb.


 


Firuzə Əliyeva


Sfera.az