Şotlandiyalı müdafiəçi Endryu Robertson cari mövsümün sonunda İngiltərənin “Liverpul” klubundan ayrılacaq.
Sfera.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 2017-ci ilin yayında “Hall Siti”dən transfer olunan futbolçu, “qırmızılar”ın heyətində keçirdiyi 373 oyunda 13 qol və 69 məhsuldar ötürmə ilə yadda qalıb.
Robertson “Liverpul”la Premyer Liqa, Çempionlar Liqası, UEFA Super Kuboku və Klublararası Dünya Kuboku daxil olmaqla bütün mümkün titulları qazanıb. Şotlandiya millisinin kapitanı olan müdafiəçi, yığma komandada isə 92 oyuna çıxıb. Qeyd edək ki, daha əvvəl komandanın digər ulduzu Məhəmməd Salahın da mövsüm sonunda klubdan gedəcəyi barədə məlumatlar yayılmışdı.
Niyaz Hacıyev
Sfera.az