“Barselona” klubu UEFA-ya rəsmi müraciət edərək, Çempionlar Liqasının 1/4 final mərhələsindəki hakim idarəçiliyindən narazılığını bildirib.
Sfera.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Kataloniya təmsilçisi oyunun gedişində mübahisəli epizod zamanı penalti təyin olunmamasına etiraz edir. Klub rəhbərliyi hesab edir ki, bu qərar nəticəyə birbaşa təsir göstərib.
“Barselona” insidentin araşdırılmasını, hakimlər arasındakı audioyazıların təqdim edilməsini və səhvin rəsmi etiraf olunmasını tələb edib.
Niyaz Hacıyev
Sfera.az