Dünyaca məşhur müğənni Rihanna şəxsi həyatını uzun müddət gizli saxlasa da, bu dəfə diqqət mərkəzindən kənarda qala bilməyib. 


 


Sfera.az xəbər verir ki, müğənni sentyabr ayında dünyaya gətirdiyi qızı ilə ilk dəfə kameralara tuş gəlib.


 


Üçüncü dəfə ana olmağın sevincini yaşayan Rihanna övladını ictimaiyyətin gözündən uzaq böyütməyə üstünlük verirdi.




Lakin bu yaxınlarda sənətçi Fransanın paytaxtı Parisdə alış-veriş edərkən körpə qızı ilə birlikdə görüntülənib. Onun bu görüntüləri qısa zamanda sosial şəbəkələrdə maraqla qarşılanıb.




Rihannanın qızı “Rokki Ayris” geyimi ilə də görənlərin rəğbətini qazanıb. Körpənin yaşıl və qəhvəyi tonlarda papağı, zövqlə seçilmiş donu və ayaqqabıları sosial mediada müzakirə mövzusuna çevrilib. İzləyicilər həm ana-qızın səmimi görüntülərini, həm də körpənin şirin stilini böyük maraqla qarşılayıblar.


 


Mənsumə

Sfera.az