ABŞ-nin “Realbotix” şirkəti süni intellekt sahəsində mühüm yeniliyə imza atıb.
Sfera.az xəbər verir ki, şirkət “Vinci” adlı yeni görmə sistemini ilk dəfə real korporativ mühitdə tətbiq edib.
Bu texnologiya ilə təchiz olunmuş ilk humanoid (insanabənzər) robot artıq “Ericsson” şirkətinə təhvil verilib.
“Vinci” sisteminin əsas özəlliyi istifadəçiləri tanımaq və əvvəlki söhbətləri yadda saxlamaq qabiliyyətidir. Robotun "gözlərinə" yerləşdirilmiş kameralar vasitəsilə o, ətraf mühiti analiz edir, göz təması qurur və insan emosiyalarını oxuya bilir. Sistem yalnız vizual qavrayışla məhdudlaşmır; o, həm də hərəkətləri izləyir və qarşı tərəfin reaksiyasına uyğun adekvat cavablar verir. Bu texnologiya müştəri təcrübəsi, təlim prosesləri və hətta klinik analizlər üçün geniş imkanlar açır.
Fidan Hacızadə
Sfera.az