İsrail ABŞ-nin ciddi təzyiqləri fonunda Livanla danışıqlara razılıq verib. 




Sfera.az “TASS”a istinadən xəbər verir ki, Vaşinqtonun israrlı tələbindən sonra tərəflər gələn həftə ABŞ-də bir araya gələcəklər.


 


Görüşlərin Vaşinqtonda, səfirlər səviyyəsində keçirilməsi planlaşdırılır. Danışıqlar masasında iki kritik məsələ var: atəşkəsin əldə olunması və "Hizbullah" hərəkatının silahlı qruplaşmalarının ləğvi. İsrail tərəfi danışıqlara razı olsa da, şərtlərini də irəli sürüb. Belə ki, əgər "Hizbullah" İsrail ərazisinə hücumları dayandırmasa, rəsmi Təl-Əviv hərəkatın mövqelərinə qisas zərbələri endirmək hüququnu özündə saxlayır.


 


Bəsti Rəfizadə

Sfera.az