Türkiyənin tanınmış sənətçisi İbrahim Tatlısəsin səhhəti ilə bağlı yeni məlumat yayılıb.
Sfera.az xəbər verir ki, xəstəxanada müalicəsi davam edən sənətçinin vəziyyəti barədə həkimi Engin Çakmakçı açıqlama verib.
Həkimin sözlərinə görə, İbrahim Tatlısəs hazırda şüurludur və ümumi vəziyyəti stabildir. O, öd kisəsində yaranan iltihab səbəbindən reanimasiya şöbəsində nəzarət altında saxlanılır.
“Antibiotik müalicəsinə müsbət cavab veririk. Proses bu şəkildə davam edərsə, gələn həftə əməliyyatın aparılması planlaşdırılır”, – deyə həkim bildirib.
Məlumata əsasən, müalicə prosesi həkimlərin ciddi nəzarəti altında davam edir və infeksiya riskinin minimuma endirilməsi üçün zəruri tədbirlər görülür. Sənətçinin vəziyyətinin sabit qalması halında planlaşdırılan cərrahi müdaxilənin həyata keçiriləcəyi qeyd olunur. Bu müddətdə ailəsi və yaxınları onun yanında olur, pərəstişkarları isə sosial şəbəkələrdə ona sağalma arzularını çatdırırlar.
Mənsumə
Sfera.az