Türkiyənin “Kanal 3” telekanalının xəbər buraxılışında mərhum Əməkdar artist Cabir İmanov yad edilib. 


 


Sfera.az xəbər verir ki, “Selim Bakal ile Ana Haber” proqramının aparıcısı verilişin sonunda sevgisini dilə gətirə bilməyən insanlara müraciət edərək, “sevirəm” sözünü birbaşa demədən ifadə etməyin yollarından danışıb. 


 


O, bu fikri izah etmək üçün “Parni iz Baku” KVN teatrının konsertlərində məşhurlaşan “Səni sevirəm” ("Sa qurban olum") ifadəsini və həmin viral kadrları nümunə kimi göstərib. Aparıcı sənətçinin 2025-ci ildə 49 yaşında vəfat etdiyini xatırladaraq onun ailəsinə yenidən başsağlığı verib. Qeyd edilib ki, Cabir İmanov idman zalında infarkt keçirərək həyatını itirib.


 


Mənsumə

Sfera.az