Hizbullaha qarşı əməliyyatın başlamasından indiyədək təşkilatın 200-dən çox raket buraxılış qurğusu məhv edilib, yüzlərlə silahlısı zərərsizləşdirilib.



 


Sfera.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.



 


Məlumata görə, Hizbulahın 250-dən çox artilleriyaçısı, o cümlədən müxtəlif istiqamətlərdə artilleriya bölmələrinə rəhbərlik edən 15 komandiri də zərərsizləşdirilib.

 


Qeyd edək ki, martın 2-dən bəri İsrail və Hizbullah arasında gedən müharibə hələ də davam edir.