Abşeron yarımadasında yerləşən "Bozdağ-Güzdək" palçıq vulkanında püskürmə qeydə alınıb.


 


Bu barədə Sfera.az-a Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.


 


Bildirilib ki, püskürmə yerli vaxtla aprelin 9-u saat 22:26-da başlayıb və 6 dəqiqə davam edib.


 


Püskürmə bir faza ilə xarakterizə olunub. Palçıq vulkanlarının monitorinqi stansiyalarının məlumatlarına əsasən Bozdağ-Güzdək palçıq vulkanda ocağın dərinliyi 3.0 kilometr, püskürməyin davamlılığı 6 dəq, ayrılan enerjisi isə - 6.32*106 Coul təyin edilib.