ABŞ Prezidenti Donald Trampın NATO-nun baş katibi Mark Rutte ilə Ağ Evdə ABŞ-ninn alyansdan çıxışı məsələsinə dair görüşü yüksək tonlarda keçib və qarşılıqlı mübahisə ilə nəticələnib.


 


Sfera.az bildirir ki, bu barədə "Politico" nəşri Avropa rəsmisinə istinadən yazıb. Məqalədə bildirilir ki, Tramp bu görüşdən Avropa ölkələrinin İranla müharibədə ABŞ-ni dəstəkləməməsindən narazılığını ifadə etmək üçün istifadə edib. Tramp xüsusilə iki ölkəyə qarşı qəzəblidir.


 




"The Financial Times" (FT) qəzetinin məlumatına görə isə Ağ Ev rəhbəri bəyan edib ki, Vaşinqtona kifayət qədər dəstək göstərməyən alyans ölkələrini cəzalandıracaq. Danışıq ABŞ prezidentinin qışqırıqları ilə müşayiət olunub.


 



 


Ciddi təhdidlərə baxmayaraq, Tramp bu ölkələri hansı konkret cəzanın gözlədiyini açıqlamayıb. Lakin ehtimal olunur ki, bu, ABŞ hərbi kontingentinin Avropadan qismən çıxarılması ola bilər. ABŞ prezidentinin ən çox narazı qaldığı ölkələr isə Fransa və İspaniyadır. Trampın iddiasına görə, Fransa Amerika təyyarələrinin uçuşuna mane olub (Paris bu ittihamları təkzib edir), İspaniya isə ABŞ hərbi təyyarələri üçün hava məkanını tam bağlayıb və Rota ilə Moron-de-la-Frontera bazalarından, o cümlədən döyüş uçuşları həyata keçirən təyyarələrin yanacaq doldurması üçün istifadəyə qadağa qoyub. Trampın bu ölkələrə qarşı qəzəbi görüşün “mərkəzi mövzusu” olub.


 


“NATO sözünün açılışı "Needs Americans to Operate"dir ("Fəaliyyət göstərmək üçün amerikalılara ehtiyac duyur"). Buna görə alyansdan çıxmalıyıqmı? Əlbəttə ki, yox. Amma Trampın bundan narahat olması da başadüşüləndir”,– deyə ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi bildirib.


 


NATO-dan dəstək almaq ümidi ilə Tramp Ruttedən üzv ölkələrin Hörmüz boğazının təhlükəsizliyini təmin etməsi üçün təcili tədbirlər görməsini istəyib. Alyansın baş katibi isə ABŞ prezidentinə izah edib ki, bir çox ölkələr İranla münaqişənin gedişatına təəccüblənsələr də, boğazın açıq qalması üçün mümkün olan hər şeyi etməyə hazır olduqlarını bildiriblər.


 



 


Tramp isə görüş zamanı qeyd edib ki, Vaşinqtonun ehtiyacı olanda müttəfiqlər yanında olmayıb və buna görə də onların gələcəkdə ABŞ-yə dəstək verə biləcəyinə şübhə edir.


 


Yekunda Rutte Trampın mövqeyini yumşaltmağa çalışsa da, görüş nəticə etibarilə ABŞ prezidentinin NATO müttəfiqlərinə münasibətini dəyişməyib.


 


 


Əzizə