Böyük Britaniyanın Baş naziri Kir Starmer ABŞ Prezidenti Donald Trampı İran müharibəsinə qoşulmaqdan imtina etdiyinə görə Britaniya və digər NATO müttəfiqlərini cəzalandırmamaq barədə xəbərdar edib.


 


Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, o bildirib ki, NATO ABŞ üçün mühüm əhəmiyyət daşıyır.


 


Qeyd edək ki, Tramp administrasiyası bəyan edib ki, müttəfiqlərin fəaliyyətini təhlil edəcək və müharibə səylərinə kifayət qədər dəstək verməyən dövlətlərdən hərbi qüvvələrin çıxarılmasını nəzərdən keçirə bilər, əksinə, dəstək verənlər mükafatlandırıla bilər.


 


Transatlantik münasibətlərdə gərginliyin artdığı bir vaxtda isə Starmer Ağ Evə növbəti tənqidi mesajını verib. O, ötən gecə Trampla İran mövzusunda danışdıqdan sonra “gərginliyi artıran və xərcləri yüksəldən liderlər” barədə eyham vurub.


 


Bundan əvvəl Körfəz regionuna səfəri zamanı o, Böyük Britaniyada qiymətlərin artmasından narazı olduğunu bildirərək bunun səbəbləri kimi Vladimir Putin və Trampın addımlarını göstərdiyini deyib.


 


Məlumat üçün bildirək ki, ABŞ-nin Britaniyada 13 hərbi bazası və təxminən 10 min hərbçisi var. Onların çıxarılması həm təhlükəsizlik, həm də iqtisadiyyat üçün ciddi təsir göstərə bilər. 2012-ci il "United States Air Force" analizinə görə, bu qüvvələr iqtisadiyyata milyardlarla dollar töhfə verir.


 


Eyni zamanda, ABŞ, İsrail və İran arasında əldə olunmuş atəşkəs pozulmaq təhlükəsi ilə üz-üzədir. Tramp Hörmüz üzərindən gəmilərin keçidinə icazə verilməməsinə görə İranı razılaşmanı pozmaqda ittiham edib.


 


İnci