Milli Məclisin deputatı Ülvi Quliyev vətəndaşlarla növbəti qəbulunu keçirib.
Sfera.az bildirir ki, qəbul zamanı vətəndaşların müraciətləri dinlənilib, əsasən sosial problemlərin həlli, məşğulluq və işsizliklə bağlı məsələlər müzakirə olunub. Səsləndirilən problemlərin bir qismi yerində araşdırılıb və operativ şəkildə həlli istiqamətində müvafiq addımlar atılıb.
Deputat tərəfindən vətəndaşların müraciətlərinə həssaslıqla yanaşıldığı, qaldırılan məsələlərin nəzarətə götürüldüyü bildirilib. Qəbulda iştirak edən vətəndaşlar göstərilən diqqət və dəstəyə görə minnətdarlıqlarını ifadə ediblər.