72 yaşlı amerikalı aktyor Con Travolta özünə bənzəyən 26 yaşlı qızı Ella Blu ilə şəklini paylaşmaqla pərəstişkarlarını şoka salıb.


 


Sfera.az bildirir ki, Cont Travolta qızı Ella Blunun Los-Ancelesdə keçirilən “Fashion Trust US” Mükafatlarında iştirakı münasibətilə paylaşım edib. Aktyor qızına tərif yazıb, “İnstaqram”da şəklini paylaşaraq pərəstişkarlarını təəccübləndirib.


 


"2026 Fashion Trust US Mükafatlarında çəhrayı xalçada körpə qızım @ella.bleu ilə çox fəxr edirəm” başlığı ilə paylaşdığı fotoya: 


 


"Rejissorluq debüt filmim olan "Propeller One-Way Night Coach" filmində Ellanı izləyin"-deyə əlavə edib.


 


Tədbir üçün Ella Blu ön tərəfində çiçəklərlə bəzədilmiş qara Blumarine hündür yaxalı don geyinib.


 


Pərəstişkarları Ellanın atasına heyrətamiz bənzərliyinə diqqət çəkiblər. 


 


 


26 yaşında Ella moda dünyasında özünə ad qazanmağa başlayıb. Ötən ilin noyabr ayında müğənni, model və aktrisa “HardCopy Fantazia” jurnalının üz qabığında görünüb. 


 


Qeyd edək ki, aktyorun 1991-ci ildə Kelli Preston ilə evlilikdən - Ella və Benjamin, eləcə də ağır xəstəlikdən əziyyət çəkən və 2009-cu ildə 16 yaşında faciəvi şəkildə vəfat edən Jett adlı övladları olub. 


 


2020-ci ildə aktyorun həyat yoldaşı da illərlə xərçənglə mübarizədən sonra vəfat edib.


 


Aynil