Xaçmazda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib


 


Sfera.az-ın məlumatına görə, hadisə rayonun Həsənqala kəndi ərazisində qeydə alınıb. 


 


Belə ki, hərəkətdə olan “VAZ-2107” markalı minik avtomobili yolu keçmək istəyən 1990-cı il təvəllüdlü Cəlilov İzzət Saleh oğlunu vurub. Piyada aldığı xəsarətlər nəticəsində hadisə yerində ölüb.


 


 Faktla bağlı araşdırma aparılır.