Amerikalı məşhur reper Afrika Bambaataa (Lans Teylor) vəfat edib.


 


Sfera.az xəbər verir ki, o, 68 yaşında ABŞ-nin Filadelfiya şəhərində dünyasını dəyişib. Məlumata görə, o, xərçəng xəstəliyinin yaratdığı ağırlaşmalar səbəbindən vəfat edib.


 


Qeyd edək ki, Bambaataa hip-hop mədəniyyətinin yaradıcılarından biri sayılır. 1970-ci illərin sonlarında "Universal Zulu Nation" adlı təşkilatı quraraq bu mədəniyyətin dünyada yayılmasına töhfə verib.