Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərilir.
Sfera.az xəbər verir ki, bu gün Azərbaycandan Ermənistana 15 vaqon (887 ton) dizel yanacağı yola salınır.
Xatırladaq ki, 2025-ci il oktyabrın 21-də Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə mətbuata birgə bəyanatında Azərbaycanın işğal dövründən bəri mövcud olmuş Ermənistana yük tranziti üzrə bütün məhdudiyyətləri aradan qaldırdığını vurğulayıb və ilk belə tranzit yükünün Qazaxıstan taxılının Ermənistana tədarükü olduğunu bildirib.