Tərtərdə 7 yaşlı qız kanala düşərək boğulub.


 


Sfera.az "Report"a istinadən xəbər verir ki, hadisə aprelin 10-u saat 15 radələrində baş verib.


 


Belə ki, şəhər sakini 2019-cu il təvəllüdlü Aylin Zaur qızı Mustafazadə ehtiyatsızlıqdan evin qarşısındaki kanala düşərək boğulub.


 


A.Mustafazadənin meyiti sudan çıxarılıb.


 


Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.