Antarktika sularında tədqiqat aparan 93 nəfərlik beynəlxalq elmi heyət gözlənilməz kəşfə imza atıb. 




Sfera.az xəbər verir ki, Almaniyanın Alfred Vegener Qütb və Dəniz Araştırmaları İnstitutuna (AWI) məxsus “Polarstern" gəmisi Veddell dənizinin şimal-qərbində hərəkət edərkən, dəniz xəritələrində indiyədək yalnız "təhlükəli zona" kimi qeyd olunan ərazidə yeni bir ada aşkarlayıb.


 


Ekspedisiya iştirakçısı Simon Dreyutterin sözlərinə görə, kəşf tamamilə təsadüf nəticəsində, əlverişsiz hava şəraiti səbəbindən "Joinville" adasına sığınmaq istəyərkən baş verib:




“Pəncərədən çölə baxanda bir az çirkli görünən buzdağı gördüyümüzü zənn etdik. Lakin diqqətlə baxanda bunun buz deyil, qaya parçası olduğunu anladıq. İstiqaməti həmin istiqamətə çevirdikdə isə qarşımızda real bir adanın olduğu aydınlaşdı”.


 


Aparılan ilkin ölçümlərə görə, yeni kəşf edilən adanın uzunluğu rəxminən 130 metr, eni 50 metr, hündürlüyü suyun səthindən 16 metr yüksəklidədir. 


 


Qeyd edək ki, 8 fevral 2026-cı il tarixindən bəri bölgədə tədqiqat aparan alimlər üçün bu tapıntı böyük sürpriz olub. Mütəxəssislər adanın indiyədək niyə aşkar edilmədiyi və iqlim dəyişikliyinin bu prosesdəki rolunu araşdırmağa başlayıblar.




Bəsti Rəfizadə

Sfera.az