Rusiya 11 aprel Moskva vaxtı ilə saat 16:00-dan (GMT üzrə saat 13:00) 12 aprelin sonuna qədər qüvvədə olacaq Pasxa atəşkəsi müddətində bütün hərbi əməliyyatları dayandıracaq.
Sfera.az xəbər verir ki, Kremlin mətbuat xidməti daha əvvəl Rusiya Prezidenti Vladimir Putinin Pasxa atəşkəsi elan etdiyini bildirmişdi.
Daha sonra Vladimir Zelenski Ukraynanın da buna uyğun hərəkət etməyə hazır olduğunu bildirmişdi.
Rus qoşunlarına bütün istiqamətlərdə hərbi əməliyyatları dayandırmaq, lakin düşmən təcavüzünü yatırmağa hazır olmaq əmri verildi.
Qeyd edək ki, 2025-ci ildə Rusiya həmçinin üç gün davam edən xüsusi hərbi əməliyyat bölgəsində Pasxa atəşkəsi elan etmişdi.
Firuzə Əliyeva
Sfera.az