AFFA-nın təşkil etdiyi Gənclər Liqasında II mərhələnin IV və V tur oyunları təxirə salınıb.


 


Sfera.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidmətindən məlumat verilib.


 


Buna Azərbaycanın U-20 millisinin aprelin 13-26-sı aralığında Qəbələdə təlim-məşq toplanışı keçirməsi səbəb olub.


 


Aprelin 18-19 və 25-26-da keçirilməsi planlaşdırılan matçlar qeyri-müəyyən müddətə ertələnib.