Rusiya və Ukrayna şənbə günü "175-ə 175" formatında əsir mübadiləsi həyata keçiriblər.
Sfera.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, bu proses nəticəsində Kursk vilayətinin yeddi sakini də Ukraynadan geri qaytarılıb.
Nazirlikdən verilən açıqlamada deyilir:
"11 apreldə Kiyev rejiminin nəzarəti altında olan ərazidən 175 rus hərbçisi geri qaytarılıb. Bunun müqabilində Ukrayna silahlı qüvvələrinin 175 hərbi əsiri təhvil verilib".
Rusiya Müdafiə Nazirliyi həmçinin Kiyev tərəfindən qanunsuz olaraq saxlanılan Kursk vilayətinin yeddi sakininin geri qaytarıldığını açıqlayıb. Onlar tezliklə evlərinə qayıdacaqlar.
Departamentin məlumatına görə, rusiyalı hərbçilər hazırda Belarus ərazisindədir və onlara lazımi psixoloji və tibbi yardım göstərilir.
Firuzə Əliyeva
Sfera.az