Ağdam rayonunda bədbəxt hadisə baş verib.


 


Sfera.az xəbər verir ki, hadisə rayonun işğaldan azad edilmiş Eyvazxanbəyli kəndi ərazisində qeydə alınıb.


 


Kənddə aparılan bərpa-tikinti işləri zamanı fəhlə yüksəklikdən yıxılaraq həyatını itirib.




Onun 36 yaşlı Babayev Mahir Pilkki oğlu olduğu bildirilir. Mərhum Tərtər rayonunun Qaradağlı kənd sakinidir.


 


Faktla bağlı araşdırma aparılır.