“Sea Breeze” brendinə məxsus “Sky Breeze Şahdağ” artıq satışa başlayıb.  


 


Sfera.az bildirir ki, bu barədə Emin Ağalarov məlumat verib. 


 


“Biz qədim qalalara bənzəyən çox möhtəşəm otellər təqdim edəcəyik”-deyə o bildirib. 




Qeyd edək ki, “Sky Breeze Şahdağ”  “Sea Breeze” layihəsində ilk qış məkanıdır. 


 


Layihə Azərbaycanın ən mənzərəli xizək bölgələrindən birinin mərkəzində, 20 hektarlıq ərazidə yerləşir, kotteclər və yaşayış komplekslərini əhatə edir.




“Sky Breeze Şahdağ” aktiv istirahətdən zövq alanlar və fantastik qarla örtülü zirvələr arasında komfort hissini qiymətləndirənlər üçün yeni bir məkandır.