Ağcabədidə toy mərasimində ölüm hadisəsi baş verib.


 


Sfera.az xəbər verir ki, hadisə rayonun Hindarx qəsəbəsində yerləşən şadlıq saraylarından birində qeydə alınıb.


 


Belə ki, 1991-ci il təvəllüdlü rayon sakini Samir Nəcəfovun toy zamanı qəfil halı pisləşib.


 


Yaxınları onu dərhal Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırmağa çalışsalar da, S. Nəcəfov yolda dünyasını dəyişib.


 


Faktla bağlı araşdırma aparılır.