Macarıstanda parlament seçkiləri üzrə səsvermə məntəqələri bağlanıb.


 


Sfera.az xəbər verir ki, bu barədə ölkənin Milli Seçki Bürosu (NVI) məlumat yayıb.


 


Məlumata görə, seçki məntəqələri yerli vaxtla saat 19:00-da bağlanıb, lakin növbədə olan seçicilərə səsvermə imkanı verilib.


 


Seçkilərdə iştirak həddi tətbiq olunmur və seçkilər baş tutmuş sayılır.


 


İlkin məlumata görə, seçici fəallığı 77,8% təşkil edib ki, bu da rekord göstəricidir. (APA)