İngiltərə Futbol Çempionatının 32-ci turunda “Mançester Siti” səfərdə “Çelsi” üzərində 3:0 hesablı qələbə qazanıb. 




Sfera.az xəbər verir ki, qarşılaşma Londonda keçirilib.


 


Matçda qolları Niko O’Reyli (51-ci dəqiqə), Mark Qehi (57-ci dəqiqə) və Ceremi Doku (68-ci dəqiqə) vurublar. Bu nəticədən sonra “Mançester Siti” 64 xalla (31 oyundan sonra) turnir cədvəlində ikinci pillədə qərarlaşıb. Çempionatın lideri “Arsenal” isə 32 oyundan 70 xal toplayıb. 




“Mançester Siti” və "Arsenal" növbəti turda, aprelin 19-da Mançesterdə üz-üzə gələcəklər.


 


“Çelsi” isə ardıcıl üçüncü məğlubiyyətini alıb. London təmsilçisi 48 xalla 6-cı yerdədir. Komanda növbəti oyununu aprelin 18-də “Mançester Yunayted”ə qarşı keçirəcək.


 


Niyaz Hacıyev

Sfera.az