Yaxın Şərqdə yerləşən ABŞ Hərbi Dəniz Qüvvələri bu gündən etibarən İran limanları ilə əlaqəli dəniz hərəkətinə nəzarəti gücləndirəcək.
Sfera.az-ın məlumatına görə, ABŞ Prezidenti Donald Tramp bildirib ki, aprelin 13-dən, Şərq vaxtı ilə saat 10:00-dan (Bakı vaxtı ilə 17:00) etibarən İran limanlarına daxil olan və ya həmin limanlardan çıxan bütün gəmilər saxlanılacaq.
O, sosial media hesabında paylaşdığı açıqlamada qeyd edib ki, bu addım təhlükəsizlik tədbirləri çərçivəsində həyata keçirilir və artıq qüvvəyə minib.
Fidan Hacızadə
Sfera.az