Bir dövrün sevilən “Sihirli Annem” (Sehrli Anam) serialında “Betüş” obrazı ilə yadda qalan aktrisa İnci Türkay sosial media paylaşımı ilə yenidən diqqət mərkəzinə düşüb.


 


Sfera.az xəbər verir ki, uzun müddətdir ekranlardan uzaq olan və Londonda yaşayan aktrisa “Instagram” hesabı vasitəsilə izləyiciləri ilə əlaqəsini davam etdirir. Türkay bu dəfə oğlu Əli ilə birlikdə çəkilmiş fotosunu paylaşaraq böyük marağa səbəb olub.


 


Paylaşım qısa zamanda çoxsaylı bəyənmə və şərh toplayıb. İzləyicilər ana-oğulun səmimi görüntüsünü yüksək qiymətləndirib. Qeyd edək ki, iş adamı Əhməd Əroğlu ilə evliliyindən dünyaya gələn Əli artıq böyüyüb. Ana və oğulun buruq saçları və diqqətçəkən görünüşü izləyicilərin diqqətindən yayınmayıb.


 


Sosial şəbəkə istifadəçiləri Əlinin anasına çox bənzədiyini vurğulayıblar.


 


Mənsumə


Sfera.az