ABŞ və İran arasında Pakistanda aparılan danışıqlar Hörmüz boğazı üzərində nəzarət məsələsinə görə dalana dirənib. Tərəflər bu məsələdə ortaq razılığa gələ bilməyiblər.


 


Sfera.az xəbər verir ki, “Financial Times”ın məlumatına görə, danışıqlarla tanış olan iki mənbə bildirib ki, boğazın yenidən açılması prosesin əsas anlaşılmazlıq nöqtələrindən biri olaraq qalır.




Məlumata görə, İran nümayəndə heyəti Tehranın boğaz üzərində tam suveren nəzarəti saxlamasında israr edir və keçid edən gəmilərdən rüsum alınmasını tələb edir. Tehran eyni zamanda ABŞ ilə hər hansı birgə idarəetmə təklifini qəti şəkildə rədd edir.




Bu mövqe, ABŞ Vitse-prezidenti Cey Di Vens ilə İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf arasında keçirilən yüksək səviyyəli görüşdən sonra da dəyişməyib.




Niyaz Hacıyev

Sfera.az